Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Gəncədə yaşayış binasında partlayış - Dağıntılar altında qalan var

Gəncədə yaşayış binasında partlayış - Dağıntılar altında qalan var


20-11-2018, 10:27. Yazar: Xeberaz
 
Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.
Bu haqda FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.
Geri dön