Ana Sayfa > M / Karusel / Gündəm > BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ

BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ


19-11-2018, 12:32. Yazar: Xeberaz
 
Bakı Dövlət Universitetində (BDU) heç bir yoxlama işləri aparılmır, universitetin giriş-çıxışları bağlanmayıb.
Xəbəraz.Az xəbər verir ki,bu sözləri oxu.az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova, universitetlə bağlı yaranan yanlış informasiyalara cavab olaraq bildirib.
O deyib ki, faktı dəqiqləşdirməmiş əsassız məlumat yaymaq düzgün deyil:
“Son hadisələrlə bağlı yanlış xəbərlərin sayı artıb. Universitetdə təftiş komissiyasının olduğu, giriş-çıxışların bağlanması yalan xəbərdir. Bunların heç biri həqiqəti əks etdirmir”.
Xatırladaq ki, BDU-nun rektoru Abel Məhərrəmov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Geri dön