Ana Sayfa > M / Karusel / Gündəm > Culfaya aylıq normadan artıq yağıntı düşüb, Gəncədə küləyin sürəti 24 m/san olub - FAKTİKİ HAVA

Culfaya aylıq normadan artıq yağıntı düşüb, Gəncədə küləyin sürəti 24 m/san olub - FAKTİKİ HAVA


26-10-2018, 14:01. Yazar: Xeberaz
 
Oktyabrın 26-sı saat 13:00-a olan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 26-ı saat 13:00-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Culfa rayonunda və Ordubadın Nülgüt kəndində güclü yağış müşahidə olunub. Düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nülgüt kəndində isə 28 mm (aylıq normaya yaxın) təşkil edib.
Eyni zamanda qərb küləyinin güclənməsi nəticəsində Gəncədə küləyin ani maksimal sürəti 24 m/san, Şəmkirdə 21 m/san olub.
Geri dön