Ana Sayfa > M / Karusel / Siyasət / İdman > Rəcəb Tayyib Ərdoğan: "UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik"

Rəcəb Tayyib Ərdoğan: "UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik"


26-09-2018, 15:34. Yazar: Xeberaz

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2024-cü il Avropa çempionatına təşkilatçılıq uğrunda mübarizədə qələbə şanslarını dəyərləndirib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, ölkə başçısı AVRO-2024 üçün şərtləri yerinə yetirdiklərini vurğulayıb. O, UEFA-dan ədalətli dəyərləndirmə gözlədiklərini əlavə edib.

Qeyd edək ki, AVRO 2024-ə ev sahibliyi etmək üçün iki ölkə - Türkiyə və Almaniya namizədliyini verib. Yekun qərar UEFA İcraiyyə Komitəsinin sentyabrın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək.  


Geri dön