Ana Sayfa > M / Karusel / Siyasət > ERMƏNİSTANIN XİN BAŞÇISI NYU-YORKDA ATƏT MQ-NİN HƏMSƏDRLƏRİ İLƏ GÖRÜŞÜB

ERMƏNİSTANIN XİN BAŞÇISI NYU-YORKDA ATƏT MQ-NİN HƏMSƏDRLƏRİ İLƏ GÖRÜŞÜB


25-09-2018, 22:23. Yazar: Xeberaz


Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Bu barədə Ermənistan xarici siyasət idarəsinin rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöqrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş sentyabrın 26-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutacaq.


Geri dön