Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Azərbaycanda iri regional DATA-mərkəzi istismara verilir

Azərbaycanda iri regional DATA-mərkəzi istismara verilir


22-03-2015, 12:50. Yazar: Xeberaz
Azərbaycanda iri regional DATA-mərkəzi istismara verilir
Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır.

Regionda Tier3 səviyyəli iri DATA-mərkəz Azərbaycanda martın sonuna istismara veriləcək.

Xeberaz.az xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, DATA-mərkəzin istismara verilməsi bulud servislərinin populyarlaşmasına xidmət edir və bulud texnologiyalarına keçid prosesini sürətləndirəcək.

Layihə BMT İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Tier3 səviyyəli DATA-mərkəz sistemin istənilən qovşağının sıradan çıxması zamanı işin sabitliyini təmin edəcək, çünki daxilolma göstəricisi 99,985 faizə çatacaq.
Geri dön