Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Dünya > "ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək"

"ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək"


14-09-2018, 21:16. Yazar: Xeberaz

ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcək.
"Xəbəraz.azTrend-ə istinadən bildirir ki, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur deyib.
H.Kazımpur bildirib ki, dünyada İranın payını əvəz edəcək kifayət qədər alternativ mənbə mövcud deyil:
"Təklifin çatışmazlığı ABŞ-a İranın neft ixracını sıfıra endirməyə imkan verməyəcək".
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları bərpa etmişdi. İranın enerji sektoruna tətbiq olunan sanksiyalar noyabrın 4-də qüvvəyə minəcək.
Geri dön