Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Təbriklər > DAMM-ın yeni Vitse Prezidenti kim oldu ?

DAMM-ın yeni Vitse Prezidenti kim oldu ?


14-09-2018, 19:28. Yazar: Xeberaz


Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində  görkəmli musiqiçi, Azərbaycanın xalq artisti, professor, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev vitse prezident təyin olundu.Təqdimatda çıxış edən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1 ci vitse prezidenti Rasim Məmmədov DAMM-ın prezidenti Çingiz Abdullayevin salamlarını təşkil olunmuş tədbirə dəvət alan qonaqlara çatdırmaqla yanaşı  Ramiz Quliyevi yeni təyin olunmuş vəzifəsi münasibəti ilə təbrik etdi. Daha sonra DAMM-ın vitse prezidenti Hacı Quliyev təşkil olunan tədbirdə Ramiz Quliyevi təbrik edərək DAMM-da yeni böyük layhilərə  birgə imza atamaqlarından məmnuyyət hissi keçirdiyini bildirdi. Hacı Quliyevi onuda qeyd etdi ki,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ölkənin ən nüfuzlu təşkilatlarındandır,qarşıda isə azərbaycan mədəniyyətinin təbliği yönündə dünya miqyaslı işlərin görülməsi nəzərda tutulur.Təqdim etmə tədbirinin sonunda isə Ramiz Quliyevin musiqilərindən kompazisiyalar səsləndirildi.



Geri dön