Ana Sayfa > M / Karusel / Gündəm / Səhiyyə / Müsahibə > Günü-gündən artan nüfuzu və şöhrəti bəzi qüvəllər tərəfindən qısqanclıqla qarşılanır

Günü-gündən artan nüfuzu və şöhrəti bəzi qüvəllər tərəfindən qısqanclıqla qarşılanır


13-09-2018, 11:26. Yazar: Xeberaz


Şərəfli peşə, müqəddəs varlıqlar.
Bir həyatı qurtarmaq bütün bir insanlığı qurtarmaq qədər Allah qatında dəyərli hesab edilir. Bir də gəlin həyatını bu müqəddəsliyə həsr edən insanların hansı ucalıqda dayanmasına nəzər salaq.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirən Əliyev Elvin Tarverdi oğlu o uca müqəddəsliyə ağır zəhməti ilə addım-addım yüksəldi. Univeristetdə oxuduğu dövrdə qonşu İran və qardaş Türkiyədə tələbə dəyişimi proqramında iştirak etməklə gənc yaşlarında zəngin təcrübə qazanmağa nail olur. Qazandığı uğurlar və seçdiyi peşəsi Elvin həkimi daima axtarışlar aparmağa, təhsilini davam etdirməyə sövq edir. Bu məqsədlə o, yenidən altı il Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında rezidentura keçir və həkim-mütəxəssis adına laiq görülür.
Elvin həkimə olan etimadın nəticəsi olaraq ona Stimul klinikasının baş həkimi kimi yüksək vəzifə etibar edilir. Sonra isə İnternasional 2 klinikasında sadə həkim-cərrah olaraq fəaliyyətini davam etdirir.
Elvin Əliyevin gənc olmasına baxmayaraq qısa vaxtda onun uğurları ölkə hüdudlarından kənara yayılır. Elvin həkimlə apardığımız söhbət zamanı onu da öyrəndik ki, işlədiyi dövrdə beş yüzdən artıq xarici vətəndaşı əməliyyat ilə, sağlamlığına qovuşdurub.
Elvin həkimin saysız-hesabsız xəstələri şəfa tapıb, yenidən həyata qayltdıqları üçün aradan illər ötməsinə baxmayaraq, bu gün də onu yaddan çıxarmır, tez-tez ziyarətinə gəlirlər.
Lakin hər zaman uğura gedən yolun üzərində əngəllər də az olmur. İsdedadlı həkim Elvin Əliyev də belə əngəllərdən yan keçə bilmir. Günü-gündən artan nüfuzu və şöhrəti bəzi qüvəllər tərəfindən qısqanclıqla qarşılanır. Onun müqəddəs işinə ləkə yaxmağa çalışırlar. Amma unutduqları bir həqiqət var ki, dəyərli olan nə varsa onları gizlətmək olmur. Necə ki, üzərini torpaq örtən qızıl parcası üzə çıxdıqda işıq saçdığı kimi. Günəşi örtən buludlar dağıldıqda parlayan şəfəqləri kimi son vaxtlar Elvin həkimə yönələn qara qüvələrin qaranlıq niyətləri də öz qara kabusları olacaqlar. Çünki həkim sənəti müqəddəs sənət olduğu üçün o sənəti yaşadanlar Allah qatında seçilənlərdir.
Allahın zamin olduğu şəxslər isə İblısın fitnəsindən amanda qalırlar.
"Xebetaz.az" informasiya agentliyi də sizə uzun və mənalı ömür arzulayır, Allahdan gələn can sağlığınızın həkimlərə ehtiyacı olmamasını diləyirik.
Geri dön