Ana Sayfa > M / Karusel / İqtisadiyyat > “Beynəlxalq Bankın səhmləri ilə maraqlanan şirkətlər var” - Samir Şərifov
“Beynəlxalq Bankın səhmləri ilə maraqlanan şirkətlər var” - Samir Şərifov7-09-2018, 12:41. Yazar: Xeberaz |
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var". Xeberaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. "ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, Bankın biznes strategiyası hazırlanmalıdır,. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əlvə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər",- deyə nazir əlavə edib. O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi Bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər". Geri dön |