Ana Sayfa > M / Karusel / Siyasət / Gündəm / Məşhurların Taleyi > Təri zərdən qiymətli sayan şəxsiyyət-Şəmsəddin Xanbabayev

Təri zərdən qiymətli sayan şəxsiyyət-Şəmsəddin Xanbabayev


4-09-2018, 17:49. Yazar: Xeberaz
                  

Elə insanlar var ki,  onları quru səhraya sürgün etsələr belə, orada Cənət yaratmağa qadirdir. Belə insanların əzm və fədakarlıqlarının sərhədtanımazlığı qarşısında heç bir qüvvə dayana bilmir. Onları yaşayan əfsanə adlandırsaq sanıram yanılmarıq. Necə ki, xalqımızın ağsaqqalı, qeyrətli oğlu Şəmsəddin müəllim kimi.
Ömrünün  gənclk çağından gücünü, enerjisini xalqına xidmətə həsr etmiş Şəmsəddin Xanbabayev Ulu öndərimizin söylədiyi kimi Azərbaycanın incisi sayılan Ordubad şəhərində dünyaya gəlib. O Ordubad ki, hələ XV əsrdə sənətə yüksək dəyər verən Şah İsmayıl Xətai sarayındakı rəssamları, nəqqaşları Ordubada səyahətə göndərir. Geri qayıtdıqdan sonra isə sarayında Ordubadda gördükləri mənzərələrin əksini yaratmağı tapşırır.
Şəmsəddin Xanbabayev sovetlər dövründə yaşadığımız vaxtda Ordubad rayonunda  hal-hazırkı vəzifəni, Ordubad rayon İcra Başçısı vəzifəsini yerinə yetirirdi
O illərdə yəni 80-ci illərdə Ordubadda səfərdə olan H.Əliyevin  Ordubadın gözəlliyinə, abadlığına verdiyi yüksək qiymət məhs Ş. Xanbabayevin zəhmətinin təzahürüdür desək yanılmarıq.
Həyatının çox hissəsini  idarəçilik işinə həsr etmiş Şəmsəddin müəllim hansı vəzifədə olmasından asılı olmayaraq işinin usdadı olmağı bacarır.
2000-ci ildə nazir müavini vəzifəsini icra etdiyi vaxtlarda xalqının güvənini, inamını qazanmış Şəmsəddin müəllimə etimad göstərən ölkə  rəhbəri daha məsuliyyətli vəzifələri etibar edib, Xaçmaz rayonuna İcra Başçısı vəzifəsinə təyin edir və bu günə qədər də göstərilən etimadın laiqli nəticələrini görürük.
Azərbaycanın turizm rayonlarından hesab olunan Xaçmaz yayonu istər xarici, istərsə də yerli vətəndaşların  hər zaman diqqətini çəkən rayonların sırasında gedir
Xaçmaz rayonu eyni zamanda ölkə rəhbərliyinin diqqətdə saxladığı turizm biznesinin önündə gedən zonalardandır desək, daha doğru olar. Dövlət siyasətinin ölkədə turizm sektoruna ayırdığı diqqətə əsaslanan Şəmsəddin. Xanbabayev Azərbaycanın turizm sektorunda öndə gedən Nabran qəsəbəsinin şöhtətini ölkə hüdudlarından kənarlara yaydı. Məhz onun təşəbbüsü sayəsindədir ki, xarici invesditorlar Nabran qəsəbəsində turizm işinə geniş sərmayə yatırırlar. Bunun sayəsində də həm ölkənin iqdisadiyyatı inkişaf edir, həm də xeyli sayda yeni iş yerləri yaranır.
Nabran qəsəbəsində fəaliyyət göstərən 90-a yaxın istirahət mərkəzləri çox təəssüf ki, qış aylarında müştərilərinin üzünə bağlı olur. Belə vəziyyət həm dövlətin iqdisadiyyatına, həm də bu sahədə çalışan insanların büdcəsinə mənfi təsir edir. Şəmsəddin Xanbabayevin təşəbbüsü ilə Nabran qəsəbəsində fəaliyyər göstərən bütün  istirahər və əyləncə mərkəzləri qış aylarında da fəaliyyət göstərməsi üçün lazımı işlər aparılır.
Rayonda sahibkarlığın, turizmin, otelçiliyin inkişaf etdirilməsi məqsədi ilə “Beynəlxalq Turizm günü”ndə,yəni 27 sentyabr 2018-ci ildə keçirilməsi nəzərdə tutulan eyni adlı konfransın keçirilməsi Şəmsəddin Xanbabayevin şəxsi təşəbbüsüdür.
Şəmsəddin Xanbabayevin  zəngin iş təcrübəsi və bacarığı sayəsində Nabran qəsəbəsində quraşdırılan karusellər, atraksionlar,  Akvopark Avropanın  ən müasir şəhərlərinin əyləncə məkanları ilə müqayisə oluna biləcək səviyyəsinə qədər inkişaf etmişdir.
Yalnız Nabran qəsəbəsinin deyil, rayonun abadlığı, yaşıllaşdırılması Şəmsəddin müəllimin daim diqqət mərkəzindədir. Tarixi abidələrin bərpası, tədris mərkəzlərinin açılması, yeni uşaq bağcalarının istifadəyə veriməsi və köhnələrin yenilənməsi təcrübəli başçının gərgin əmək fəaliyyətinin sayəsində yaranıb.
 Yuxarıda qeyd etdiyimiz kimi Ş.Xanbabayevin turizm biznesi ilə məşqul olan sahibkarlara, otelçiliklə məşqul olan şəxslərə, fermerlərə yaratdığı imkan və dövlət qayğısı sayəsində yalnız Nabran qəsəbəsi deyil, bütövlükdə Xaçmaz rayonunun siması başqa bir mənzərə alıb.  Yəqin ki, bütün bunlar heç də səbəbsiz deyildir.Şəmsəddin müəllimin uşaqlığından  daş yaddaşına yazılmış doğma Ordubadın hüsni-camalını özünə məkan etdiyi hər yerdə Cənnət yaradan Şəmsəddin müəllim Xaçmaz rayonunu da Azərbaycanın inciləri sırasıma yazmağa çalışır.
Şəmsəddin müəllimin Xaçmaz əhalisinə istər aşikar, istərsə də gizli  etdiyi yaxşılıqlar xaçmazlılar arasında hörmətlə qarşılanır.
Xaçmaz rayonunda haqqında "Qapısına gələni boş qaytarmaz"  kimi dəyərli fikirlər səsləndirilən Şəmsəddin Xanbabayev də o insanlardandır ki, öncədə qeyd etdiyimiz kimi səhranı Cənnətə döndərən şəxsiyyətlərdəndir. Allah  könül və əməl gözəlliyi ilə sayılıb-seçılən Şəmsəddin müəllimə uzun ömürlər bəxş etməsini diləyirik.
İnfoPlyus.Tv
Geri dön