Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyə bunu etsə, BÖHRAN DƏRHAL BİTƏCƏK - Donald Trampın köməkçisi

Türkiyə bunu etsə, BÖHRAN DƏRHAL BİTƏCƏK - Donald Trampın köməkçisi


22-08-2018, 16:23. Yazar: Xeberaz
Türkiyə bunu etsə, BÖHRAN DƏRHAL BİTƏCƏK 
Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq.
Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.
O bildirib ki, Ankara rahibi buraxmamaqla böyük səhvə yol verib.
Rahibin azad edilməməsinin Türkiyənin NATO üzvlüyünə təsir edib-etməyəcəyi barədə danışan C.Bolton bu məsələnin gündəlikdə dayanmadığını deyib:
“Bizim əsas diqqətimiz rahib Bransona və Türkiyə hökuməti tərəfindən saxlanılan digər amerikalılara yönəlib”.
Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.
ABŞ isə bununla əlaqdəar Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Geri dön