Ana Sayfa > M / Karusel / Siyasət / Foto-fakt > Barak Obama İlham Əliyevi təbrik etdi

Barak Obama İlham Əliyevi təbrik etdi


11-07-2015, 17:58. Yazar: Xeberaz
Barak Obama İlham Əliyevi təbrik etdi
“Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin”.

ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Hörmətli cənab Prezident,

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!”
Geri dön