Ana Sayfa > M / Karusel / Siyasət > Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - Saakaşvili

Putin Gürcüstan dövlətini ləğv etmək istəyirdi - Saakaşvili


6-08-2018, 15:34. Yazar: Xeberaz

2008-ci ildə Gürcüstana hücumun hədəfi ölkənin işğalı idi.

"Xəbəraz.az " xəbər verir ki, bunu “Currenttaym” portalına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Gürcüstanın hazırda Rusiyadan müdafiə olunmaq üçün heç bir strategiyası yoxdur. Anlamaq lazımdır ki, Rusiyanın 2008-ci ildəki hücumunun hədəfi nə idi. Bu işğal cəhdi o zaman uğurlu islahatlar həyata keçirən gürcü dövlətçiliyinə hücum idi. Ovaxtkı hədəf Tiflisdə hakimiyyət dəyişikliyinə nail olub, Gürcüstanı dövlət kimi ləğv etmək idi.
Yalnız tam axmaqlar deyə bilərlər ki, 2008-ci il müharibəsini Gürcüstan başladıb. Bunu rus analarından, səhər saat üçdə Gürcüstan ərazisinə alayı ilə birgə daxil olan polkovnik Kazaçenkodan (58-ci ordunun 135-ci motoatıcı alayının komandiri - red.) soruşun”, - o bildirib.
Geri dön