Ana Sayfa > M / Karusel / İdman > Azərbaycanlı cüdoçu Tbilisidə qələbəni bayram etdi

Azərbaycanlı cüdoçu Tbilisidə qələbəni bayram etdi


21-03-2015, 22:58. Yazar: Xeberaz
Azərbaycanlı cüdoçu Tbilisidə qələbəni bayram etdi
Rüstəm Qran-prinin qalibi oldu.

Tbilisidə cüdo üzrə nüfuzlu Qran-prinin ikinci günündə Azərbaycan yığması daha bir medal qazanıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, qızıl medalı 73 kq-dək çəki kateqoriyasında çıxış edən Rüstəm Orucov qazanıb.

Finala gedən yolda o, Belarus, İtaliya, Ukrayna, Gürcüstandan olan rəqiblərinə qalib gəlib, finalda isə qazax Dastan İkibayevi məğlub edib.

Xatırladaq ki, dünən 66 kq-dək çəki kateqoriyasında çıxış edən digər cüdoçumuz – Tərlan Kərimov bürünc mükafata sahib olmuşdu. Yarışlar sabah başa çatacaq.
Geri dön