Ana Sayfa > M / Karusel / Dünya / İbadət > Yeni müsəlman muxtariyyəti yaradılır

Yeni müsəlman muxtariyyəti yaradılır


24-07-2018, 16:29. Yazar: Xeberaz

Filippin parlamenti Banqsamoro rayonunun muxtariyyəti haqqında qanun qəbul edib.

"Xəbəraz.az " xəbər verir ki, qanuna əsasən, moro xalqının yaşadığı rayona geniş muxtariyyət verilib. Parlament artıq muxtariyyət haqqında qanunu imzalaması üçün Filippin Prezidenti Rodriqo Duterteyə göndərib.
Qeyd edək ki, moro xalqı islam dininə etiqad edir. Bu xalq artıq 40 ildir ki, Filippin hökumətinə qarşı mübarizə aparır. Toqquşmalar indiyə qədər 120 min nəfərin ölümünə səbəb olub.
Geri dön