Ana Sayfa > M / Karusel / Dünya > Erməni biznesmenlər qaçır

Erməni biznesmenlər qaçır


14-07-2018, 12:55. Yazar: Xeberaz

Erməni biznesmenlər ölkədən qaçmağa başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, “Jamanak” qəzeti Ermənistanı tərk etmək istəyən növbəti şəxsin sabiq deputat Aşot Arsenyan olduğunu yazıb.
“Arsenyan “Cermuk Qrup”un rəhbəridir. O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin son addımlarından narahatdır və buna görə də şirkətini Rusiya banklarından birinə satıb, ölkəni tərk etmək istəyir”.
Qeyd edək ki, Arsenyan Respublikaçılar Partiyasından bir neçə həftə öncə istefa verib.
Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanı tərk etmək istəyən biznesmenlərin sayı artıb. Artıq keçmiş baş nazir Karen Karapetyanın Ermənistandakı biznesini ölkədən çıxartmaq istədiyi müəyyən edilib.
Geri dön