Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz-ın debatı > Axtarışda olan 55 nəfər həbs edildi -RƏSMİ

Axtarışda olan 55 nəfər həbs edildi -RƏSMİ


14-07-2018, 12:34. Yazar: Xeberaz

 
Dünən respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb.
 
"Xəbəraz.az "-ın nazirliyin saytına istinadən məlumatına görə, onların  9-u “isti izlər”lə açılıb.
 
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.




Geri dön