Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...

Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...


13-07-2018, 13:53. Yazar: Xeberaz

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlayıb, 3 şəxs həbs edilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
“Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib” – məlumatda qeyd olunub.
Geri dön