Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi


10-07-2015, 19:04. Yazar: Xeberaz
İlham Əliyev Monqolustan prezidentini təbrik etdi
“Əmin-amanlıq və firavanlıq arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjanı milli bayram münasibətilə təbrik edib.

Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Geri dön