Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanda nazir işdən çıxarıldı

Azərbaycanda nazir işdən çıxarıldı


8-07-2018, 08:35. Yazar: Xeberaz




Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

"Xəbəraz.az "--n məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".



Geri dön