Ana Sayfa > M / Karusel / Gündəm > Zabrat sakinlərindən ETİRAZ- " 3 gündü su üzünə həsrətik,dərdimizi kimə deyək?!

Zabrat sakinlərindən ETİRAZ- " 3 gündü su üzünə həsrətik,dərdimizi kimə deyək?!


5-07-2018, 13:20. Yazar: Xeberaz

Dünən ölkə başçısı ilə müşavirədə Azərsu ASC nin sədri Qorxmaz Hüseynov ölkə ərazinin 92-93 % nə su verildiyi barəsində məlumat vermişdi.Lakin bu gündə suyun verilməsində problemlər yaşandığı məlum olur.Bakının bir çox qəsəbə və kəndlərinin sakinləri saytımıza müraciətlər edərək içməli suyun verilmədiyini bildirirlər.Susuzluqdan əziyyət çəkən yerlərdən biridə Bakının Zabrat qəsəbəsidir.Sakinlər bildirirlər ki,3 gündü su üzünə həsrətdilər.Havaların isti keçməsi və bu şəraitsə suyun olmaması onları çıxılmaz vəziyyətdə qoyur.
"Dəfələrlə Azərsu ilə ilə saxlamışıq,zənglərimizə cavab verilmir,telefonlar məşğul göstərir.Aidiyyatı qurumlar niyə susur?Bəs biz dərdimizi kimə deyək?!Bu vəziyyət nə vaxta kimi davam edəcək.Ümumiyyətlə Zabrat qəsəbəsində içməli su problemi yay mövsumu başlayandan var və hələdə qalmaqdadır.Biz tələb edirik ki,bu məsələmizə ciddi yanaşılsın və problem tezliklə həllini tapsın!-deyə sakinlər bildirirlər.
Geri dön