Ana Sayfa > M / Karusel / Gündəm > Millət vəkili vətəndaşlara çağırış etdi: “Dövlətin gücünə arxalanın”

Millət vəkili vətəndaşlara çağırış etdi: “Dövlətin gücünə arxalanın”


4-07-2018, 13:41. Yazar: Xeberaz




Mingəçevirdə baş verən qəza və buna görə də ölkədə yaşanan narahatçılıqla bağlı millət vəkili Sona Əliyeva vətəndaşlara müraciət edib.
 
O, insanları təşvişə düşməməyə, dövlətin gücünə arxalanmağa çağırıb:
"Vətənimdə, xüsusən elektrik sahəsində yaşanan texniki qüsurlardan üzgünəm, dövlətimin, hökumətimin bu problemi tam və kökündən həll edəcəyinə əminəm, cəmiyyətdə yaşanan ajiotajı təbii hesab edirəm və təşvişə düşməyin ziyanlı olduğunu düşünürəm; əvvəl seçicilərimi, sonra da hər kəsi dövlətimin gücünə arxalanmağa çağırıram”.



Geri dön