Ana Sayfa > M / Karusel / İqtisadiyyat / Gündəm > Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər CƏZALANDIRILACAQ

Sərnişinlərdən gediş haqqı tələb edən sürücülər CƏZALANDIRILACAQ


4-07-2018, 13:01. Yazar: Xeberaz


Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".


Geri dön