Ana Sayfa > M / Karusel / Dünya / Maraqlı > Saakaşvili yəhudilərlə qohum oldu – Oğlu evləndi

Saakaşvili yəhudilərlə qohum oldu – Oğlu evləndi


2-07-2018, 13:38. Yazar: Xeberaz


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.

"Xəbəraz.az " xəbər verir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib:
“Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.
Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb. Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz isə anası - əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır. Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır.
Geri dön