Ana Sayfa > M / Karusel / Siyasət / Dünya > Türklər Bakı paradından bizə dedilər: Ermənilər, hazırlaşın!

Türklər Bakı paradından bizə dedilər: Ermənilər, hazırlaşın!


28-06-2018, 15:39. Yazar: Xeberaz


Bu dəfə hərbi əməliyyatlar 2016-cı ilin aprelindəkindən daha geniş miqyasda olacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Birinci kanala müsahibəsində Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin banisi və komandiri Vova Vardanov deyib. Bakıda 26 iyunda baş tutan irimiqyaslı hərbi paradı şərh edən Vardanov bildirib ki, genişmiqyaslı əməliyyata hazırlaşmaq lazımdır:
“Türklər (azərbaycanlılar – red.) bizə növbədi dəfə dedilər: ermənilər, hazırlaşın!”
Vardanovun sözlərinə görə, Bakı hələlik əzələ nümayiş etdirir və yaxın müddətdə əməliyyata başlamayacaq. Bu isə Ermənistanın həm ictimai-psixoloji, həm də hərbi baxımdan hazırlaşması üçün vaxtının olması deməkdir.
Geri dön