Ana Sayfa > M / Karusel / Siyasət / Məşhurların Taleyi > Prezident Rövşən Əkbərovu təltif etdi

Prezident Rövşən Əkbərovu təltif etdi


25-06-2018, 15:49. Yazar: Xeberaz

Prezident İlham Əliyev Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman Rövşən Əkbərovla bağlı sərəncam imzalayıb.

"Xəbəraz.az " xəbər verir ki, sərəncama əsasən, R.Əkbərov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, R.Əkbərov 4 iyun 1965-ci ildə Bakıda dünyaya gəlib.
Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Əkbərov 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak edib.
General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub.
2002-ci ildən general-leytenantdır. Ailəlidir, dörd övladı var.
Geri dön