Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Məhkəmədən nazir müavini ilə bağlı qərar

Məhkəmədən nazir müavini ilə bağlı qərar


22-06-2018, 15:39. Yazar: Xeberaz



Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun məhkəmə qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.
Qərara görə, Mehman Səlimovun kasasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib.
Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğin Mehman Səlimovdan tutulması barədə qərar verilib.
Bu hökmdən narazı qalan Mehman Səlimov apellyasiya şikayəti verib. O, nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.
Mehman Səlimov həmçinin apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını da istəyib.
Bakı Apellyasiya Məhkəməsi Mehman Səlimovun şikayətini təmin etməyib.
Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
Geri dön