Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Mehman Səlimovun şikayəti təmin olunmadı

Mehman Səlimovun şikayəti təmin olunmadı


22-06-2018, 15:06. Yazar: Xeberaz





Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan cinayət işi barəsində verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar élan edilib.
 
Hakimlər kollegiyasının qərarına əsasən, Mehman Səlimovun şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib.
 
Eyni zamanda Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğin Mehman Səlimovdan tutulması barədə qərar verilib.




Geri dön