Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Ordumuzun parada çıxaracağı texnika: İrəvan təşvişdə - Video

Ordumuzun parada çıxaracağı texnika: İrəvan təşvişdə - Video


22-06-2018, 14:24. Yazar: Xeberaz

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbər Ermənistanda şok effekti yaratdı. Ermənistanda hesab edirlər ki, İrəvan sözügedən helikopterlərin hansı yolla Azərbaycanın əlinə keçməsini araşdırmalıdır.

"Xəbəraz.az "  xəbər verir ki, “Sputnik” agentliyinin erməni xidmətinə danışan politoloq Suren Sərkisyanın fikrincə, Amerika helikopterlərinin Azərbaycana satışı məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq araşdırmanın predmeti olmalıdır.
Daha əvvəl Azərbaycan KİV-i yazıb ki, iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə hərbi paradda ilk dəfə Bell-412 helikopterlərinin iki vahidi nümayiş etdiriləcək. Qeyd olunur ki, bu helikopterlər yaxın vaxtlarda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Məlum olduğu kimi, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 1990-cı illərdə qəbul edilən 907-ci düzəliş, həmçinin ABŞ qanunvericiliyinə görə, münaqişə edən tərfələrə silah ixrac etməməsidir. Azərbaycanla yanaşı Ermənistan da bu qadağanın altına düşür. Məhz Sarkisyan da ABŞ-ın 25 il əvvəl qəbul etdiyi 907-ci düzəlişi xatırladır.
Erməni politoloqu Azərbaycanın bu helikopterləri üçüncü ölkələr vasitəsilə əldə etdiyini istisna etmir. Onun sözlərinə görə, erməni tərəfi Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi, həmçinin ABŞ-dakı lobbi strukturlarının köməyilə məsələnin aydınlaşdırılması məqsədi ilə ölçülər paketini hazırlamalıdır.
Sərkisyan qeyd edir ki, Azərbaycan ordusunun silahlanmasında Amerika istehsalı olan hərbi texnikanın başqa növlərinin olub-olmadığı məlum deyil. Eyni zamanda, ekspert qeyd edib ki, Bell-412 helikopterləri təxminən 30 ölkənin silahlanmasında yer alır. O qeyd edir ki, Azərbaycana belə helikopterləri ənənəvi müttəfiqləri Səudiyyə Ərəbistanı, Pakistanı və ya Türkiyə sata bilər. Daha bir müttəfiq – İsrailin silahlanmasında isə bu helikopterlərin olmadığı bildirilir.



Geri dön