Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün ön cəbhəyə -Qarabağa göndərdi

Ermənistanın baş naziri oğlunu hərbi xidmət üçün ön cəbhəyə -Qarabağa göndərdi


27-05-2018, 10:32. Yazar: Xeberaz
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan hərbi xidməti Qarabağda keçəcək.
Facebook səhifəsindən canlı yayıma qoşulan Nikol Paşinyanın bildirib ki, onun oğlu mart ayında 18 yaşını tamam edib və növbəti hərbi çağırışın başlanması ilə müəyyən olunmuş qaydada müddətli xidmət üçün ordu sıralarına çağırılacaq.
 
Öz növbəsində, Aşot Paşinyan qeyd edib ki, o, Qarabağda hərbi xidmət keçmək üçün müvafiq ərizə yazıb.
 
Baş nazir Nikol Paşinyan bununla yanaşı, Ermənistandan qaçan bütün hərbi mükəlləfiyyətli gəncləri hərbi borcunu yerinə yetirmək üçün ölkəyə çağırıb. O, həmin gənclərə təminat verib ki, könüllü qərarı ilə hərbi xidmət keçmək üçün geri qayıdan çağırış yaşlı gənclərə qarşı hər hansı cəza tədbiri görülməyəcək.
(modern.az)
Geri dön