Ana Sayfa > M / Karusel / Gündəm > Çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin - TƏKLİF

Çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin - TƏKLİF


23-05-2018, 14:26. Yazar: Xeberaz



Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.
 
 
 
Xeberaz.az-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib. 
 
 
O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.
 
 
H. Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: "Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.



Geri dön