Ana Sayfa > M / Karusel / Gündəm > Novruz Məmmədovdan yeni qərar: İpoteka ilə ev almaq asanlaşdı

Novruz Məmmədovdan yeni qərar: İpoteka ilə ev almaq asanlaşdı


15-05-2018, 10:43. Yazar: Xeberaz


Azərbaycanda İpoteka krediti ilə ev almaq istəyənlərin işi asanlaşıb.

Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın aylıq məcmu gəlirinin hesablanması Qaydası”na dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 464 nömrəli qərarında "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilir.
Geri dön