Ana Sayfa > M / Karusel / Hadisə > İmtahanda az bal toplayan gənclər intihar etdi-Sumqayıtda

İmtahanda az bal toplayan gənclər intihar etdi-Sumqayıtda


14-05-2018, 14:26. Yazar: Xeberaz
Sumqayıtda 2 abituriyentdən DƏHŞƏTLİ ADDIM: imtahanda az bal topladılar və... - ŞOK FOTO
Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.
İkinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.
Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.
Gəncin üzərindən coğrafiya fənninə aid test toplusu, 20 qəpik pul və eynək tapılıb . (report)
***
Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.
2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.
Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)




Geri dön