Ana Sayfa > M / Karusel / Gündəm > Deputatların maaşı artırıldı - SƏRƏNCAM

Deputatların maaşı artırıldı - SƏRƏNCAM


12-05-2018, 13:46. Yazar: Xeberaz

Azərbaycanda deputatların vəzifə maaşı artırılıb. Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
 
Dövlət başçısının sərəncamı ilə Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları 2250 manatdan 2475 manata qaldırılıb.
 
Bu dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.




Geri dön