Ana Sayfa > M / Karusel / Gündəm / Maraqlı / Foto-fakt > Ağstafadan Bakıya piyada gəlir - Heydər Əliyevin ad gününə görə- FOTO

Ağstafadan Bakıya piyada gəlir - Heydər Əliyevin ad gününə görə- FOTO


8-05-2018, 13:05. Yazar: Xeberaz





 
Ağstafa rayon sakini Ağa Əliyev ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibəti ilə may ayının 4-dən etibarən Ağstafadan Bakıya yürüşə başlayıb.
 
Bu barədə Lent.az-a A. Əliyev özü məlumat verib.
 
O bildirib ki, yürüşü mayın 10-dək davam etdirəcək: “Bu yürüşü Ağstafa rayon sakinləri adından həyata keçirirəm. Hazırda Kürdəmir rayonundayam, Allahın köməkliyi ilə mayın 10-da Bakıda olacam və marafon yarışında iştirak edəcəm”.
 
A. Əliyev deyib ki, mayın 20-də Cümhuriyyətin 100 illiyi münasibəti ilə yenidən Ağstafadan Bakıya yürüş edəcək.
 
Qeyd edək ki, təsərrüfat işi ilə məşğul olan 30 yaşlı A. Əliyev ailəlidir və 6 yaşında bir qızı var.
 




Geri dön