Ana Sayfa > M / Karusel / M2 / Foto-fakt / Aktual > Evi qəzalı vəziyyətdə olan şair Allaha yalvarır- Çalış evin başına uçmasın
Evi qəzalı vəziyyətdə olan şair Allaha yalvarır- Çalış evin başına uçmasın8-05-2018, 11:59. Yazar: Xeberaz |
Evi qəzalı vəziyyətdə olan şair Prezident Administrasiyasına məktub ünvanlayıb.Faktinfo.az xəbər verir ki, Nərimanov rayonu Asim Məmmədov küçəsi ,mənzil 1-də yaşayan şair-publisist ,həkim Kazımlı Fəzail İsmayıl oğlunun (ədəbi təxəllüsü Fəzail İsmayıl Böyükkişi) evi qəzalı vəziyyətdədir,uçmaq təhlükəsi ilə üz-üzədir.Hər gün şair və ailə üzvüləri Uca Allaha dua edir ki,yağış yağmasın.Çünki,yağış yağdığı təqdirdə yaşayış sahəsi 13 kvadrat metr ev və ona calaq şəklində birləşdirilmiş 1 kvadrat yarım olan mətbəx suya qərq olur,dözülməz bir vəziyyət yaranır.Faktinfo.az –ın elektron ünvanına göndərilən məlumatda o da bildirilir ki,yaranmış vəziyyətlə bağlı şair-publisist,həkim Kazımlı Fəzail bir müddət əvvəl Azərbaycan Respublikasının Prezident Administrasiyasına məktub ünvanlayıb,dəfələrlə Mənzil Komunal İstismar İdarəsində müraciət edib,eləcə də Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müaviniŞahmar İbadovun qəbulunda olub.Uzun söhbətdən sonra icra başçısının müavini şairə ancaq təsəlli verə bilib.Ş.İbadov məsləhət bilib ki,çalış evin başına uçmasın. Lakin, rütubətli və qəzalı vəziyyətdə yaşadığı evə dair ona kömək edən olmayıb,yaranmış vəziyyət aradan qalxmayıb. Faktinfo.az onu da bildirir ki,şair-publisist,həkim Fəzail İsmayıl Böyükkişi ümumi yaşayış sahəsi çox kiçik olan evdə son 5 ildə 6 kitabın müəllifidir. Faktinfo.az Geri dön |