Ana Sayfa > M / Karusel / Gündəm > 1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı

1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı


2-05-2018, 18:14. Yazar: Xeberaz
1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı
189-190 saylı orta məktəbin birinci sinif şagirdini döyən müəllim işdən çıxarılıb.
Bu barədə məlumatı uşağın anası Xanım Əliyeva öz feysbuk səhifəsində paylaşıb.

O bildirib ki, iki gün bundan əvvəl baş vermiş hadisə bu gün yekunlaşdırılıb. Təhsil Nazirliyi araşdırma aparıb və uşağı döyən müəllim işdən çıxarılıb. Valideyn məsələnin tez bir zamanda həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.
Xatırladaq ki, müəllim uşağı qələminin mürəkkəbini partanın üzərinə tökdüyü üçün döymüşdü.
Geri dön