Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi -FOTO

İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi -FOTO


30-04-2018, 16:07. Yazar: Xeberaz

Prezident İlham Əliyev ağlayaraq dövlət başçısı ilə görüşmək istəyən balaca oğlanın arzusunu yerinə yetirib.
Bir müddət əvvəl sosial şəbəkələrdə ağlayan uşağın videosu populyarlıq qazanmışdı. Anası ağlamasının səbəbi ilə maraqlananda isə uşaq, Prezident İlham Əliyevin niyə gəlmədiyini soruşub. Sonra anası uşaqdan soruşur:
- Sən Prezident İlham Əliyevi həqitətən də belə sevirsən?
- Hə...
Videoçarxın qəhrəmanının arzusu Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı həyata keçib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri həmin uşaqla görüşüb və xoşbəxt balaca ilə xatirə fotoları çəkdiriblər.



Geri dön