Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə > Bakıda göydələndə yanğın: generallar gəldi... - Video

Bakıda göydələndə yanğın: generallar gəldi... - Video


28-04-2018, 14:22. Yazar: Xeberaz


Bakının Heydər Əliyev prospektində yerləşən göydələndə yanğın baş verib.
Bu barədə istifadəçilər sosial şəbəkələrə video yükləyib.
APA-nın yaydığı məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Yanğın baş verən əraziyə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

Geri dön