Ana Sayfa > M / Karusel / Gündəm > Prezident onlara fəxri adlar verdi - SİYAHI

Prezident onlara fəxri adlar verdi - SİYAHI


23-04-2018, 15:38. Yazar: Xeberaz

Prezident İlham Əliyev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:


“Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:


“Əməkdar elm xadimi”


Kərimov Kərəm Təbriz oğlu


“Əməkdar həkim”


Ağayev Misirxan Muradxan oğlu
Şamilova Faiqə Hacıbala qızı”.


***

Ölkə başçısı mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir:


“Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:


“Əməkdar memar”


Hüseynova Leyla Qafar qızı
Məmmədov Ədalət Eyvaz oğlu


“Əməkdar mühəndis”


Kərimli Telman Nəcəf oğlu
Sultanov Zakir İmran oğlu


“Əməkdar mədəniyyət işçisi”


Nuriyev Fuad Lütvəliyeviç”.
Geri dön