Ana Sayfa > M / Karusel / Gündəm > MN: "Bu, növbəti uydurmadır"

MN: "Bu, növbəti uydurmadır"


16-04-2018, 10:35. Yazar: Xeberaz



Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
 
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: “Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
 
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.




Geri dön