Ana Sayfa > M / Karusel / Siyasət > "Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev - 86,53% səs

"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev - 86,53% səs


11-04-2018, 21:31. Yazar: Xeberaz
"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev - 86,53% səs
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu ilə Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı “exit-pol”un nəticələrini açıqlayıb.
Nəticələri elan edən Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndəsi Rafiq İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın müxtəlif regionlarında monitorinqlər keçirilib:
“Exit-poll” 118 seçki dairəsi üzrə 210 seçki məntəqəsində keçirilib. Hər seçki məntəqəsində 420 intervyu aparılıb”.
“Opinion Way” Tədqiqatlar İnstitutun rəsmisi Bruno Janbart bildirib ki, 11495 nəfər arasında sorğu keçirilib.
Onun sözlərinə görə, son səsverənlərin arasında keçirilən sorğunun nəticələri də nəzərə alınıb.
Aparılan "exit-poll"un nəticələrinə əsasən
İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 86.53 faiz
Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 3.1 faiz
Zahid Oruc (müstəqil) 2.92 faiz
Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 2.81 faiz
Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.03 faiz
Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.73 faiz
Gülxar
Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) 1.21 faiz
Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu) 0.67 faiz



Geri dön