Ana Sayfa > M / Karusel / Gündəm > "Azərbaycanın daxilində heç bir təhlükə yoxdur" - Mədət Quliyev

"Azərbaycanın daxilində heç bir təhlükə yoxdur" - Mədət Quliyev


11-04-2018, 12:13. Yazar: Xeberaz
"Azərbaycanın daxilində heç bir təhlükə yoxdur"
"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
Onun sözlərinə görə, yalnız ölkədən kənarda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da qarşısı ölkə rəhbərliyi tərəfindən alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir. Seçki aktiv gedir. İnsanlar gəlib öz siyasi iradəsini bildirirlər. Biz xoşbəxt adamlarıq. Azərbaycan dünyada tanınır. Prezident İlham Əliyev aprelin 9-da öz fikirlərini və gələcək proqramını söylədi. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilir"

Geri dön