Ana Sayfa > M / Karusel / Hadisə > Lənkəranda dəhşətli yol qəzası: 6 ölü ,2 yaralı

Lənkəranda dəhşətli yol qəzası: 6 ölü ,2 yaralı


31-03-2018, 20:15. Yazar: Xeberaz

Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.
 
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.  Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Geri dön