Ana Sayfa > M / Karusel / Hadisə > Neftçalada tikintidə bədbəxt hadisə - ölən və yaralanan var

Neftçalada tikintidə bədbəxt hadisə - ölən və yaralanan var


28-03-2018, 21:52. Yazar: Xeberaz
Neftçalada tikintidə bədbəxt hadisə baş verib.
 
Hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.
 
Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.
 
 
Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
Geri dön