Ana Sayfa > M / Karusel / Hadisə / Dünya > Rusiyada ticarət mərkəzində yanğında ölənlərin sayı 53-ə çatdı

Rusiyada ticarət mərkəzində yanğında ölənlərin sayı 53-ə çatdı


26-03-2018, 11:38. Yazar: Xeberaz
Həlak olanların sayı 53 nəfərə çatdı

Rusiyanın Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə çatıb.
Bu barədə hadisə ilə bağlı yaradılan İstintaq Komitəsi məlumat yayıb. Hadisə nəticəsində ölənlərdən 9-u uşaqdır. 16 nəfər itkin düşmüş sayılır. 

Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb. İnsidentin səbəbləri araşdırılır.
Sponsor-@sevimli.magazam (saat mağazısı)



Geri dön