Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > İlham Əliyev büdcədən səkkiz milyon manat ayırdı

İlham Əliyev büdcədən səkkiz milyon manat ayırdı


6-07-2015, 16:57. Yazar: Xeberaz
İlham Əliyev büdcədən səkkiz milyon manat ayırdı
Dövlət başçısı sərəncam imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Geri dön