Ana Sayfa > M / Karusel / Gündəm > Yağış nə qədər davam edəcək?
Yağış nə qədər davam edəcək?12-03-2018, 14:49. Yazar: Xeberaz |
Martın 13-ə olan hava proqnozu açıqlanıb. Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5, gündüz 7-12, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Geri dön |