Ana Sayfa > M / Karusel / Gündəm > Ordumuz genişmiqyaslı təlimlərə başladı

Ordumuz genişmiqyaslı təlimlərə başladı


12-03-2018, 12:13. Yazar: Xeberaz
Ordumuz genişmiqyaslı təlimlərə başladı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 17-dək davam edəcək.
Geri dön